Neft bahalaşır: Brentin bir bareli 105 dollardan yuxarıdır

09:30 - 24.04.2026


24 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü hərracda yüksəlir.

Bakı vaxtı ilə saat 09:27-yə olan məlumata görə, ICE Futures Europe birjasında Brent neftinin iyun fyuçerslərinin dəyəri 0,41 dollar (0,39%) artaraq bir barel üçün 105,48 dollara çatıb. 23 aprel hərracının nəticələrinə görə, bu müqavilə 3,16 dollar (3,10%) — bir barel üçün 105,07 dollara yüksəlib.

Saat 09:27-yə olan məlumata görə, Nyu-York ticarət birjasında (N New York Mercantile Exchange, NYMEX) WTI neftinin iyun fyuçersləri 0,13 dollar (0,14%) artaraq bir barel üçün 95,98 dollara çatıb. Əvvəlki sessiyanın nəticələrinə görə, bu müqavilə 2,89 dollar (3,11%) — bir barel üçün 95,85 dollara qədər əlavə edib.