09:58 - 21.11.2018
21 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 2,16 dollar və yaxud 3,18% azalıb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 65,78 dollar təşkil edir.
Noyabrın 20-də keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin yanvar fyuçersinin qiyməti 3,77 dollar (6,59%) düşərək bir barelə 53,43 dollar təşkil etmişdir.
Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti 4,26 dollar (6,38%) düşərək bir barelə 62,53 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 9,10 dollara bərabərdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026