16:51 - 21.04.2026
21 aprel, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
ABC.AZ Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.
Yeni mənzillər seçim üçün aprelin 28-də, saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 306 kirayə müqaviləsi bağlanıb.
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026