14:46 - 20.04.2026
20 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Məclisi yeni isitmə-soyutma avadanlığının alınması və quraşdırılması işləri üzrə tender elan edir.
Tenderdə iştirak haqqı 450 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 12-nə qədər qurumun yerləşdiyi Bakı, AZ 1152, Parlament prospekti 1 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 12-də, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026