Zəngilanda yaşayış məhəlləsinin tikintisi üçün tender keçirilir

15:22 - 15.04.2026


15 aprel, Fineko/abc.az.  “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Zəngilan 2C (4-cü məhəllə) yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri üçün tender elan edir.

Tenderdə iştirak haqqı 4.025,90  manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini iyunun 6-na qədər şirkətin yerləşdiyi Zəngilan rayonu, Zəngilan şəhəri ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.