15:01 - 1.04.2026
1 aprel, Fineko/abc.az. Hörmüz boğazı vasitəsilə neftin ən iri idxalçısı olan Çin eyni zamanda onun mümkün bağlanmasına ən yaxşı hazırlaşmış ölkələrdən biri hesab olunur.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters yazır.
Fars körfəzindən böyük həcmdə neft idxal etməsinə baxmayaraq, Pekin tədarük mənbələrinin şaxələndirilməsi, daxili hasilatın artırılması və əhəmiyyətli neft ehtiyatlarının toplanması sayəsində həssaslığını azaldıb. Qiymətləndirmələrə görə, bu ehtiyatlar təxminən yeddi ay kifayət edə bilər.
Əlavə dayanıqlıq elektromobillərin sürətli inkişafı ilə təmin olunur. Bu səbəbdən ölkədə yanacaq istehlakı artıq ən yüksək həddə çatıb və əvvəlki proqnozlardan daha aşağı səviyyədə formalaşıb.
Çinin enerji sistemi əsasən öz kömür resurslarına və sürətlə inkişaf edən bərpa olunan enerji mənbələrinə əsaslanır ki, bunlar da elektrik enerjisinə olan əlavə tələbatın demək olar ki, hamısını qarşılayır.
Digər Asiya ölkələrindən fərqli olaraq, Çin neft üzrə bir təchizatçıdan asılı deyil və onu bir neçə ölkədən idxal edir ki, bu da mümkün böhran şəraitində riskləri azaldır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026