09:26 - 1.04.2026
1 aprel, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri yüksəlir.
Saat 09:20-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin iyun fyuçersi 0,54 dollar (0,52%) bahalaşaraq bir barel üçün 104,51 dollar təşkil edib. 31 mart hərraclarının yekununda "Brent"in iyun fyuçersi 3,42 dollar (3,18%) ucuzlaşaraq bir barel üçün 103,97 dollara düşmüşdü. "Brent"in may fyuçersi isə martın 31-də hərracları 118,35 dollar səviyyəsində başa vurub.
Saat 09:20-yə qədər "NYMEX" birjasında "WTI" markalı neftin may fyuçersi 0,97 dollar (0,96%) bahalaşaraq bir barel üçün 102,35 dollar təşkil edib. 31 mart hərraclarının yekununda "WTI"nin may fyuçersi 1,50 dollar (1,46%) azalaraq 101,38 dollara düşmüşdü.
Mart ayının yekunlarına görə, "Brent" 63,29%, "WTI" isə 51,27% bahalaşıb.

1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026