BƏƏ-nin Azərbaycana investisiya yatırımı kəskin azalıb

11:54 - 18.03.2026


18 mart, Fineko/abc.az. 2025-ci ildə BƏƏ-dən Azərbaycana 404 milyon 799 min dollar investisiya cəlb olunub.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 85 milyon 357 min dollar və ya 17,4% azdır.

2024-cü ildə bu göstərici 490 milyon 156 min dollar olmuşdu.