09:19 - 27.02.2026
27 fevral, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiymətləri artır.
Saat 09:14-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin may fyuçersinin qiyməti $0,10 (0,14%) artaraq bir barel üçün $70,94 təşkil edib. 26 fevral tarixinə olan hərracların nəticələrinə görə, "Brent"in may fyuçersi $0,15 (0,21%) bahalaşaraq bir barel üçün $70,84-a yüksəlmişdi.
"NYMEX" birjasında "WTI" neftinin aprel fyuçersi saat 09:14-ə qədər $0,18 (0,28%) bahalaşaraq bir barel üçün $65,39 təşkil edib. 26 fevral tarixinə olan hərracların nəticələrinə görə, "WTI"nin aprel fyuçersi $0,21 (0,32%) ucuzlaşaraq bir barel üçün $65,21-a enmişdi.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026