11:04 - 10.02.2026
10 fevral, Fineko/abc.az. Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisi mövzusu Moskva ilə İrəvan arasındakı münasibətlərdə mühüm yer tutur.
ABC.AZ xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyində bildirilib ki, “Rosatom” layihənin icrasına operativ şəkildə başlamağa hazırdır və etibarlılıq, maliyyə şərtləri və sonrakı istismar baxımından Ermənistan üçün real alternativlər görmür. Bununla yanaşı, Nikol Paşinyan hökuməti ABŞ istehsalı olan modul AES variantını nəzərdən keçirir.
9 fevralda Ermənistan və ABŞ dinc atom sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb və bu sənəd çərçivəsində ölkənin nüvə energetikasına 9 milyard dollara qədər investisiya nəzərdə tutulur. Hazırda Ermənistanda sovet dövründə tikilmiş, modernləşdirilmiş VVER-440 tipli AES fəaliyyət göstərir; onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb və 2036-cı ilə qədər daha bir uzadılma imkanı var.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026