Hindistanın Azərbaycana birbaşa investisiyası 1,26 milyard dollaradək artıb

10:54 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. Hindistanın Azərbaycan iqtisadiyyatına xarici birbaşa investisiyaları (BXİ) 2016-cı ildən 2025-ci ilin birinci yarısının sonuna qədər 480 milyon dollardan 1,26 milyard ABŞ dollarınadək artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) "Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili" adlı hesabatında deyilir.

Bank vurğulayır ki, Azərbaycan Avrasiya regionunda Hindistanın BXİ-lərinin ikinci ən böyük alıcısıdır. Lakin Hindistanın Azərbaycandakı iştirakı yalnız bir investorla məhdudlaşır.

EDB qeyd edir ki, Hindistanın "ONGC Videsh" şirkəti Azərbaycanın neft və qaz klasterinin iki əsas obyekti olan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya malikdir.

Saziş 2013-cü ildə imzalanıb və şirkət 2024-cü ildə bu layihələrdəki payını artırıb. Hesabatda deyilir ki, bu, ümumi investisiya həcmini 1,26 milyard dollara çatdırıb. ©Report