Bakı şəhərində park və bağların abadlığına 65 milyon manat xərclənəcək

17:29 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Bakı şəhərində səkilərin, həyətlərin, park və bağların abadlıq, yenidənqurma və təmir işləri üçün tender elan olunub.

ABC.AZ xəbər verir ki, tenderi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC keçirir.

Ehtimal olunan qiymət 64.951.891 manat təşkil edir.