11:11 - 26.01.2026
26 yanvar, Fineko/abc.az. Azərbaycanda süni intellekt cəmiyyəti və milli iqtisadiyyatı kökündən dəyişdirəcək.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı tədbirlərdən birində bildirib.
Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı bütün sektorları əhatə edir: "Biz hər mərhələdə texnologiyanın süni intellekt sektoruna təsirini açıq şəkildə hiss edirik. Ən üst səviyyədə isə agent əsaslı süni intellekt dayanır. Bu yanaşma təkcə texnologiya sahəsini deyil, bütövlükdə cəmiyyəti və həyat tərzimizi kökündən dəyişdirəcək".
V.Qasımlı əlavə edib ki, bu miqyaslı transformasiya fonunda kənarda qalmaq mümkün deyil.