10:24 - 26.01.2026
26 yanvar, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp Venesuelaya məxsus neftin Çinə satışına icazə verib, lakin bu satış yalnız bazar qiymətləri ilə həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Çinin Venesuela neftinə çıxış imkanını itirdiyini bildirmişdi.
Bununla yanaşı, Tramp qeyd edib ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-a 30–50 milyon barel neft verəcək və bu neft bazar qiymətləri ilə satılacaq.
Son vaxta qədər Çin Venesuela neftinin ən iri alıcısı olaraq qalırdı. Yanvarın əvvəlində Malayziya və Çin sahilləri yaxınlığında Venesueladan göndərilmiş 22 milyon barel neft daşıyan tankerlər yerləşirdi.