12:19 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. Amerikanın “Chevron” və “Quantum Energy Partners” şirkətləri Rusiyanın “LUKOIL” şirkətinin 22 milyard dollarlıq beynəlxalq aktivlərini almaq üçün əməkdaşlıq edirlər. Alqı-satqıya Avropa, Asiya və Yaxın Şərqdə 2 mindən çox yanacaqdoldurma məntəqəsi də daxil ola bilər.
ABC.AZ xəbər verir ki, əməliyyat baş tutarsa, aktivlər iştirakçılar arasında bölüşdürüləcək. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi “Lukoil”-a qarşı sanksiyalar tətbiq etmiş və şirkətlə əməliyyatlar üçün lisenziyanı 17 yanvar 2026-cı ilədək uzatmışdır.