ADY QSC-nin istiqrazlarının “Ticarətə İcazə” qərarı verilib

14:16 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Dəmir Yolları " QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

ABC.AZ BFB-yə istinadla xəbər veir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitəcək. AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçiriləcək.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:Emitentin adı:"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı: 300,000 ədəd

İlkin ticarət qiyməti: 100 ABŞ Dolları

İstiqrazların buraxılış həcmi: 30,000,000 ABŞ Dolları

İllik gəlirlilik faizi: 7%

Ödəmə Periodu : Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 5 il

Ticarətə buraxılma tarixi: 30.12.2025

Anderrayter:  “ABB-İnvest İnvestisiya Şirkəti” QSC