Böyük Britaniya “Rosneft” iştiraklı Misirin “Zohr” qaz yatağını sanksiyalardan müvəqqəti azad edib

12:15 - 18.12.2025


18 dekabr, Fineko/abc.az. Böyük Britaniya “Rosneft”in pay sahibi olduğu Misirin “Zohr” dəniz qaz yatağını bir illik müddətə sanksiyalardan çıxarıb. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat verib.

ABC.AZ-in məlumatına görə, yataq 2015-ci ildə İtaliyanın “Eni” şirkəti tərəfindən kəşf edilib və onun 50%-i “Eni”yə, 30%-i isə “Rosneft”ə məxsusdur. Layihənin konsessiyasında həmçinin Böyük Britaniyanın “BP” və BƏƏ-nin “Mubadala Petroleum” şirkətləri iştirak edir.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya bir illik müddətə “Lukoil” və “Rosneft” iştiraklı beynəlxalq layihələri, o cümlədən “Xəzər Boru Kəməri Konsorsiumu”, “Tengizchevroil”, “Cənubi Qafqaz qaz kəməri” və digər layihələri sanksiyalardan azad etmişdi.