10:22 - 27.11.2025
27 noyabr, Fineko/abc.az. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.
ABC.Aaz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, "Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 kilometrlik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
27 İyul 2026
25 İyul 2026