bp “Azəri-Çıraq-Günəşli” yatağında 4D seysmik məlumatların keyfiyyətini artıracaq

12:01 - 26.11.2025


26 noyabr, Fineko/abc.az. bp yenilənmiş emal üsulları və daha səmərəli məlumat toplama sxemləri sayəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 4D seysmik məlumatların dəqiqliyini artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu bp-nin baş geofiziki Teymur İbrahimzadə Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında bildirib.

Onun sözlərinə görə, AÇG-də hər il 10-dan çox quyunun qazılması böyük həcmdə dinamik informasiya yaradır və yeraltı dəyişikliklərin daha dəqiq monitorinqinə olan tələbatı artırır.

bp-nin baş geofiziki qeyd edib ki, monitorinq çəkilişləri arasında birillik interval belə, layın doyma dərəcəsi və təzyiqi ilə bağlı dəyişiklikləri, habelə risklərin idarə olunması üçün mühüm amilləri aşkar etməyə imkan verir.