11:26 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,8 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edilib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard ABŞ dolları və ya 15%, həcm ifadəsində isə 182,6 min ton və ya 0,9% azdır.
Sözügedən məhsulların ixracı bu ilin ilk 10 ayının ixracına nisbətən 50,14% paya malik olub.
Eyni zamanda hesabat dövründə Azərbaycandan 327,8 milyon ABŞ dolları dəyərində 587,8 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar ixrac edilib.
Bu isə ötən ilin ilk 10 ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 18,7 milyon ABŞ dolları və ya 6,1%, həcm baxımından isə 92,3 min ton və ya 18,6% çoxdur.
Dövr ərzində sözügedən məhsulların ölkənin ümumi ixracında payı 1,51%-ə bərabər olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026