11:15 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. Noyabrın 3-də London Metal Birjasında üç aylıq alüminium fyuçersinin qiyməti 0,6% artaraq bir tona 2,9 min dolları keçib. Bu, 2022-ci ilin may ayından bəri maksimumdur.
ABC.AZ xəbər verir ki, artım tədarükdə fasilələr və istehsalın azalması ilə əlaqədardır: Century Aluminium İslandiya zavodunda istehsalını azaldır, Alcoa Avstraliyadakı müəssisəni bağlayır, Novelis isə əvvəllər ABŞ-da problemlər barədə məlumat vermişdi.
BigMint analitikləri qeyd edirlər ki, 2025-ci ildə Çin alüminium istehsalı limitinə (45 milyon ton) çata bilər ki, bu da qlobal bazarda çatışmazlıq riskini artıracaq.