11:08 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. İranda "Hormoz" Atom Elektrik Stansiyasının tikintisi aktiv fazaya keçir.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov bildirib.
Layihə üzrə konsepsiya artıq müəyyənləşdirilib və ilk müqavilə hazırlanır.
Ümumi gücü 5 000 MVt olan dörd enerji blokunun tikintisini nəzərdə tutan layihə Hormozqan əyalətində yerləşəcək. Tikinti müqaviləsi sentyabr ayında 25 milyard dollar sərmayə ilə bağlanmışdı.
Paralel olaraq tərəflər kiçik güclü atom elektrik stansiyalarının inşası üzrə hökumətlərarası protokolun razılaşdırılması üzərində işləyirlər.
Xatırladaq ki, sentyabr ayında İran və Rusiya kiçik nüvə stansiyalarının tikintisi və bu layihənin İranda həyata keçirilməsi ilə bağlı əməkdaşlıq memorandumu imzalamışdırlar.