Ağdamda yeni binaların tikintisinə 10 milyon manat yönəldiləcək

17:23 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tender elan edir.

ABC.AZ xəbər verir ki, tenderdə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-137 üzrə binaların tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 9 643 312 AZN təşkil edir.