10:38 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi Rusiyanın iri neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edir və Moskvanı dərhal atəşkəsə çağırır. Qurumun saytında məhdudiyyətlərin "Rosneft" və " LUKOIL"a təsir edəcəyi bildirilir.
ABC.AZ xəbər verir ki, bundan əlavə, OFAC Rusiyanın "Rosneft" və "Lukoil" şirkətlərinin bir sıra törəmə şirkətlərini sanksiya siyahısına daxil edir. “Rosneft” və “LUKOIL” şirkətlərinə birbaşa və ya dolayısı ilə 50% və ya daha çox məxsus olan bütün şirkətlər, OFAC-ın sanksiya siyahısına daxil edilməsələr belə, 14024 saylı fərmana əsasən bloklanıblar. Həmçinin məlum olub ki, ABŞ prezidenti Donald Tramp Budapeştdə Rusiya lideri Vladimir Putinlə planlaşdırılan görüşü ləğv edib.
"Bunun səhv olduğunu hiss etdim. Mənə elə gəldi ki, lazımi məqsədə çatmayacağıq", — deyə Tramp NATO baş katibi Mark Rutte ilə görüşdə bildirib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026