Dövlət Qoruğuna auditor axtarılır

11:39 - 22.10.2025


22 oktyabr, Fineko/abc.az. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2024-2025-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 250 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini noyabrın 14-nə qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, 20/85 ünvanına təqdim edə bilərlər.