Neft ucuzlaşır, Brentin bir bareli $60,98 təşkil edir

09:17 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:15-ə olan məlumata görə $0,03 (0,05%) azalaraq bir barelə $60,98-a düşüb. Oktyabrın 20 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,28 (0,46%) ucuzlaşaraq bir barelə $61,01 təşkil edib.

Saat 09:15-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,04 (0,07%), bir barelə $56,98-a düşdü. 20 oktyabr ticarətinin nəticələrinə görə,  WTI neftinin dekabr fyuçersləri $0,15 (0,23%) ucuzlaşaraq bir barel üçün $57,02-a düşdü.