Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi ləğv olunur

16:13 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Böyük Britaniyanın gəmiçilik şirkətinin Azərbaycandakı törəməsi "Mediterranean Shipping Register" MMC ləğv olunduğunu elan edib.

ABC.AZ Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 78B ünvanına bildirə bilərlər.

Onun sahibi olan eyni adlı şirkət 2011-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda qeydiyyatdan keçmiş özəl təsnifat cəmiyyətidir və hazırda öz sinfi altında VLCC ölçüsünə qədər yüzdən çox gəmiyə malikdir.