Avropa Bankı manatla ilk istiqraz emissiyasını davam etdirəcək

14:11 - 1.10.2025


1 oktyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək, bununla gələcək buraxılışlara yol açacaq.

ABC.AZ xəbər verir ki, bunu EBRD-nin istiqrazlar, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo bildirib.

"Son illərdə biz birgə çox mühüm nailiyyətlər əldə etmişik. Xüsusilə, yerli tənzimləyici çərçivənin inkişafına dəstək göstərdik ki, bu da beynəlxalq maliyyə institutlarının (IFI) istiqrazlarının yerli bazarda buraxılışına imkan verdi. Eyni zamanda, prospektlərin hazırlanması ilə bağlı tənzimləyici təkmilləşdirmələrdə də kömək etdik. Azərbaycanın qiymətli kağızlarda hesablaşma sistemi ilə birlikdə biz pul bazarı inkişafı çərçivəsini də tamamladıq və bu, sığorta aləti kimi istifadə olunacaq ideal vahidlərin yaradılmasına zəmin yaratdı.

Biz həmçinin Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birlikdə "yaşıl gündəliy"i fəal şəkildə irəli aparırıq. Ötən il COP29 zamanı biz yerli bankların iqlim risklərinin idarə edilməsini təkmilləşdirmələri üçün bir sıra ustad dərsləri təşkil etdik. Beləliklə, kapital bazarları bizim strategiyamızın mərkəzində qalır. Mən çox şadam ki, bu gün biz birlikdə bu hadisəni qeyd edirik. Çünki bu, bütün maraqlı tərəflərin on illərlə gördüyü işin nəticəsidir. Burada tənzimləyicilərlə aparılan siyasət dialoqu, çoxlu hüquqi işlər və dəyişikliklər, həmçinin xəzinədarlıq, "Bakı Fond Birjası" QSC (BFB) və Milli Depozit Mərkəzindəki (MDM) həmkarların ağır zəhməti var", - deyə o qeyd edib.