16:19 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 83 milyard 037,8 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 % azalmış, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb.
ÜDM istehsalının 34,9 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 111,3 manata bərabər olub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026