11:15 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) gəlirləri 127,669 milyon manat, xərcləri isə 95,918 milyon manat olub.
ABC.AZ "Report"a istinadla xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,4 % çox və 9 % azdır.
Ötən il ETSN-nin qeyri-birja əməliyyatlarından gəlirləri 106,211 milyon manat (əvvəlki ilə nisbətən 2,6 % çox), birja əməliyyatlarından gəlirləri 12,618 milyon manat (8,3 % az), sair əməliyyatlardan gəlirləri isə 8,84 milyon manat (3,3 dəfə çox) təşkil edib.
2024-cü ildə ETSN-nin əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 2023-cü illə müqayisədə 6,1 % artaraq 75,711 milyon manat, maliyyə yardımları və sair transfer ödənişləri 265 min manat (əvvəlki il olmayıb), sərf etdiyi materialların dəyəri 2,8 % artaraq 6,682 milyon manat, amortizasiya xərcləri 10,4 % artaraq 7,515 milyon manat, sair əməliyyat xərcləri isə 3,6 dəfə azalaraq 5,745 milyon manat olub.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026