İlin I yarısında STAR NEZ 5 milyon 199 min 829 tondan çox xam neft idxal edib

17:09 - 29.08.2025


29 avqust, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 5 milyon 199 min 829 tondan çox xam neft idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə "Report" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən bildirir.

Bu, Türkiyəyə idxal edilən xam neftin 20,56 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2024-cü ilin yarımili ilə müqayisədə 230 min 835 ton və ya 4,2 % az olub.

Bu ilin iyun ayında STAR NEZ 891 min 977 tona yaxın xam neft idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29 min 624 ton və ya 3,4 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 15 milyon 402 min 714 tona, iyunda 2 milyon 922 min 327 tona yaxın neft idxal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 415 min 223 ton (2,6 %) az və 80 min 652 ton (2,8 %) çoxdur.