17:28 - 20.08.2025
20 avqust, Fineko/abc.az. İspaniya Cənubi Qafqazın inkişafı üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
ABC.AZ xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra bildirib.
"Bu gün mən azərbaycanlı və erməni həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh prosesinə dəstək göstərmək üçün telefon danışıqları apardım. Mən onları əldə edilmiş razılaşmalar münasibətilə təbrik etdim və qeyd etdim ki, İspaniya sülhün möhkəmləndirilməsi məqsədilə iki ölkə arasında münasibətlərin normallaşmasını tam dəstəkləyir. Bu, bütün bölgə üçün vacib və ümidverici xəbərdir", — nazir sosial şəbəkədə yazıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026