Dövlət  Agentliyi auditor axtarır

16:39 - 7.08.2025


7 avqust, Fineko/abc.az. Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 155 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini avqustun 26-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 26-da, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.