11:43 - 5.08.2025
5 avqust, Fineko/abc.az. 2025-ci ilin birinci yarısında Transadriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya təxminən 4,8 milyard kubmetr təbii qaz nəql olunub ki, bu da 2024-cü ilin analoji dövrü ilə eyni səviyyədədir (İtaliyaya ümumi qaz idxalının təqribən 15%-i).
Bu barədə TAP AG şirkətinin səhmdarlarından biri olan Snam-a istinadla xəbər verilir.
“Qaz kəmərinin gücünün potensial genişləndirilməsinə marağı qiymətləndirmək məqsədilə yeni məcburi olmayan bazar sınağı mərhələsinə start verilib”, – şirkətin açıqlamasında deyilir.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. 877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz). (C) Trend.az
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026