Dövlət Universiteti auditor axtarır 

10:55 - 5.08.2025


5 avqust, Fineko/abc.az. Bakı Dövlət Universiteti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 151 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini avqustun 25-nə qədər Universitetin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanına təqdim edə bilərlər. Təkliflərə avqustun 25-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.