“Günaybank”ın daşınmaz əmlakı açıq hərracda satışa çıxarılır

14:57 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan “Günaybank” ASC-yə məxsus daşınmaz əmlak açıq hərrac vasitəsilə satışa çıxarılır.

ABC.AZ xəbər verir ki, 13 avqust 2025-ci il tarixində, saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə baş tutacaq hərracda Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanında yerləşən 270,6 kvadratmetrlik qeyri-yaşayış sahəsi təklif olunacaq. Obyektin ilkin satış qiyməti 800 000 manat olaraq müəyyənləşdirilib.

Hərrac şərtlərinə əsasən, satış qiymətinin 5%-i məbləğində beh yəni 40 000 manat hərrac təşkilatına əvvəlcədən ödənilməlidir. Əmlak satıldıqdan sonra qalan məbləğ 7 təqvim günü ərzində sifarişçinin hesabına tam şəkildə köçürülməlidir.