17:16 - 29.07.2025
29 iyul, Fineko/abc.az. Sloveniya “Black Sea Energy” sualtı enerji kabeli layihəsinin həyata keçirilməsini dəstəkləyir və bu layihədə iştirakının mümkün formalarını öyrənməyə açıqdır.
ABC.AZ Report-a istinadla xəbər verir ki, bu barədə Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərindən biri “yaşıl enerji”nin inkişafıdır.
“Bərpa olunan enerji mənbələri və hidrogen də daxil olmaqla, digər “təmiz texnologiya”lar sahəsində qarşılıqlı əlaqələrin təşviq edilməsi, Sloveniya və Azərbaycanın Energetika nazirlikləri arasında 2025-ci il aprelin 4-də imzalanmış Anlaşma Memorandumunun məqsədlərindən biridir”, – nazirlikdən bildirilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026