11:44 - 28.07.2025
28 iyul, Fineko/abc.az. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Donald Trampla danışıqlardan sonra ABŞ rüsumlarını 30%-dən 15%-ə endirmək üçün Rusiya Federasiyasından neft və qazdan imtina edəcəyinə söz verib.
ABC.AZ xəbər verir ki, danışıqlar çərçivəsində Şotlandiyada üç il ərzində ABŞ-dan 750 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz və yanacaq almaq barədə razılıq əldə edilib. Fon der Leyen, hazırda AB-yə hələ də "çox" Rusiya karbohidrogeninin daxil olduğunu və Avropanın 2027-ci ilə qədər Rusiya yanacaqlarından tamamilə imtina etmək istədiyini deyib.
Yanacaqdan başqa, razılaşma avtomobil, yarımkeçirici və əczaçılıq sahələrini də əhatə edir. Bəzi məhsullar üçün (məsələn, təyyarə hissələri üçün) nisbət sıfır olacaq.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026