16:00 - 25.07.2025
25 iyul, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artaraq 290,0 milyon manat olmuşdur ki, onun da 60,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9 faiz artaraq 778,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026