Baş prokuror onu vəzifəsindən azad etdi

17:02 - 24.07.2025


24 iyul, Fineko/abc.az. Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov sərəncama götürülüb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Fəxrəddin Pənahovun səlahiyyət müddəti bu ay başa çatıb. Lakin o, həmin vəzifəyə yenidən təyin olunmayıb.

Hazırda rayona prokuror təyinatı yoxdur.