17:06 - 11.07.2025
11 iyul, Fineko/abc.az. “Volkswagen” avtomobil konserni Çinin Nankinq şəhərindəki zavodunu bağlamaq qərarına gəlib.
ABC.AZ xəbər verir ki, bu, avtomobil istehsalçısının Çində zavodunu tamamilə bağladığı ilk dəfədir.
"Volkswagen avtomobil istehsalçısı və Çindən olan ortağı SAIC Nankinqdəki ortaq zavodlarını bağlayırlar. İstehsal artıq dayandırılıb. Bağlanma ilin ikinci yarısında mərhələlərlə baş verəcək", — məlumatda deyilir.