Metro nəqliyyatı üzrə nəzərdə tutulmuş layihələr üçün kredit cəlb edilib

17:23 - 10.07.2025


10 iyul, Fineko/abc.az. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda metro nəqliyyatı üzrə nəzərdə tutulmuş və ehtimal edilən tədbirlərin bir hissəsi əvvəlcədən deyildiyi kimi Asiya İnkişaf Bankının (ADB), digər hissəsi isə Asiya İnfrastruktur İnvestisiya Bankının ayıracağı kredit hesabına maliyyələşdiriləcək və artıq bu məsələ də razılaşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən ABC.AZ-a bildirilib ki, Dövlət Proqramında metro nəqliyyatı üzrə nəzərdə tutulmuş tədbirləri ehtiva edən investisiya proqramına “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi” adı verilib. Hazırda layihənin bankların standart və qaydalarına uyğun hazırlanması, qiymətləndirilməsi, icra proseduralarının tərtib edilməsi istiqamətində işlər davam etdirlir və hər iki bankla danışıqlar aparılır.