Əliyev və Paşinyan fasilədən sonra Əbu Dabidə danışıqları davam ediblər — Yenilənib

14:17 - 10.07.2025


10 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan fasilədən sonra BƏƏ-nin paytaxtı Əbu-Dabidə danışıqları bərpa ediblər.

ABC.AZ xəbər verir ki, görüş hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilir. Bundan əvvəl tərəflər iki saata yaxın davam edən danışıqların artıq bir raundu keçiriblər, daha sonra Əliyevlə Paşinyanın "təkbətək" formatında görüşü olub və təxminən 20 dəqiqə davam edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş bitdi.