MİDA auditor axtarır

14:09 - 7.07.2025


7 iyul, Fineko/abc.az.  Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və onun tabeliyindəki MİDA MMC 2024-2025-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğuları elan edib.

Tenderdə iştirak haqqı 131 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini iyulun 18-nə qədər MİDA-nın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.