16:32 - 3.07.2025
3 iyul, Fineko/abc.az. Qazaxıstanda məişət silindrlərində satılan mayeləşdirilmiş neft qazının markalanması və izlənməsi üzrə pilot layihə işə salınıb.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Beləliklə, Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi nasaz və ya vaxtı keçmiş silindrlərin satışı ilə mübarizə aparmaq istəyirlər. Qazaxıstanda hər il nasazlıq səbəbindən 100-dən çox balon partlayışı baş verir. İndi dövriyyədə 800 mindən çox maye qazla dolu məişət silindri var.
Qurumlar marka kodlarının tətbiqi üsullarını, mövcud iş prosesləri ilə inteqrasiyanı və dövriyyə iştirakçılarının əməliyyat fəaliyyətində mümkün dəyişiklikləri sınayacaqlar.
Layihə 1 iyul 2025-ci ildə başlamış və ilin sonuna qədər davam edəcəkdir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026