15:56 - 1.07.2025
1 iyul, Fineko/abc.az. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 112 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini iyulun 21-nə qədər idarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, 20/85 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 21-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
28 İyul 2026