14:18 - 1.07.2025
1 iyul, Fineko/abc.az. Azərbaycan hökumətinin məqsədi ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda “yaşıl enerji” ixracatçısına çevirməkdir.
ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Azərbaycan hökuməti və Dünya Bankı arasında kredit sazişi imzalanması mərasimində bildirib.
O, Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.
S.Babayev Azərbaycanın zəngin bərpa olunan enerji ehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahəsində yüksək texniki potensiala malik olduğunu qeyd edib, hökumətin məqsədinin ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısına çevirmək olduğunu bildirib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026