10:44 - 21.09.2018
21 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,35 dollar (0,44%) enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,34 dollar təşkil edir.
“NYMEX” birjasında “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti cümə axşamı günü, 20 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,32 dollar (0,45%) enərək bir barelə 70,80 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 20 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,7 dollar (0,88%) enərək bir barelə 78,70 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 7,90 dollar / barelə təşkil edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026