11:28 - 18.06.2025
18 iyun, Fineko/abc.az. İyunun 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.70% – 42,215.80 bəndədək, S&P 500 indeksi 0.84% – 5,982.72 bəndədək, Nasdaq indeksi isə 0.91% – 19,521.09 bəndədək azalıb.
ABC.AZ Apa-ya istinadla xəbər verir ki, Avropa fond bazarlarında iyunun 17-də FTSE 100 indeksi 0.46% – 8,834.03 bəndədək, Almaniyanın DAX indeksi 1.12% – 23,434.65 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.76% – 7,683.73 bəndədək enib.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi isə 0.23% artaraq 1.1506 dollar təşkil edib.
Analitiklər qeyd edirlər ki, ABŞ və Avropa birjalarında eniş bir neçə faktorla bağlıdır. Buna ABŞ-dakı iqtisadi və siyasi qeyri-müəyyənlik (Fed, ticarət gərginliyi, zəif makro göstəricilər), geosiyasi risklərin yüksəlməsi (İsrail-İran konflikti, ABŞ-ın müdaxilə ehtimalı), dolların güclənməsi və investor davranışlarının “təhlükəsiz limanlara” yönəlməsi kimi amillər təsir edir.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026