Ötən il 5 dəfə zərər edən invesitisiya şirkəti - Hesabat

10:18 - 10.06.2025


10 iyun, Fineko/abc.az. “Troni İnvestisiya Şirkəti” QSC 2024-cü ili 1 milyon 74 min manat zərərlə başa vurub.

ABC.AZ QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə investisiya şirkəti 224 min manat zərər edib. Bu da illik müqayisədə zərərin 5 dəfə artması deməkdir.

Ötən il “Troni İnvestisiya Şirkəti”nin gəlirləri 8 min 925 manat, ümumi və inzibati xərcləri 766 min manat, maliyyə xərcləri 9 min 492 manat olub.

Hesabat dövründə investisiya şirkətinin cəmi aktivləri 1 milyon 864 min manat olub ki, bu da illik müqayisədə 1% azalmadır.

“Troni İnvestisiya Şirkəti”nin cəmi kapitalı 1 milyon 878 min manatdan 26 min manata düşüb, cəmi öhdəlikləri isə 6 min manatdan 1 milyon 838 min manata çatıb.